Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. Эндокринология



Скачать 1.8 Mb.
страница 5/18
Дата 25.08.2016
Размер 1.8 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   18

273) Yüngül gedişli diffuz-toksiki ur üçün aşağıda yazılanlardan hansı düzgün deyil?
A) Əmək qabiliyyətinin azalması

B) 1 dəq 100-dən çox vurğu, daimi taxikardiya

C) Əvvəlki çəkisindən 10-15% azalma

D) 1 dəq 100-dən çox olmayan vurğu, daimi taxikardiya

E) Sinir oyanıqlığının artması
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко.,Фадеев В.В. Эндокринология, Москва,2000.
274) Orta ağır gedişli diffuz-toksiki ur üçün aşağıda yazılanlardan hansı düzgün deyil?
A) Ürək vurğuları 1 dəq 100-120 olan daimi taxikardiya

B) Bədən çəkisinin 20% azalması

C) Səyirici aritmiyanın əmələ gəlməsi

D) Əmək qabiliyyətinin azalması

E) Sinir oyanıqlığının çox artması
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко.,Фадеев В.В. Эндокринология, Москва,2000.
275) Qalxanabənzər vəzin I dərəcəli böyüməsi üçün aşağıda yazılanlardan biri doğru deyil?
A) Heç biri doğru deyil

B) Udqunma zamanı görünən qalxanabənzər vəzi

C) Qalxanabənzər vəzinin boynunun palpasiya olunan böyüməsi

D) Vizual olaraq müəyyən olunmayan qalxanabənzər vəzi

E) Qalxanabənzər vəzin yüngül palpasiya olunan payları
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко.,Фадеев В.В. Эндокринология, Москва,2000.
276) Qalxanabənzər vəzin II dərəcəli böyüməsi üçün aşağıda yazılanlardan biri doğru deyil?
A) Heç biri doğru deyil

B) Boyun konfiqurasiyasının dəyişməməsi

C) Udqunma zamanı görünən qalxanabənzər vəzi

D) Asan palpasiya olunan qalxanabənzər vəzi

E) Boyun konfiqurasiyasının dəyişməsi
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко.,Фадеев В.В. Эндокринология, Москва,2000.
277) Aşağıda yazılan bütün hallarda tireotoksikoz ola bilər, birindən başqa?
A) Neyrosirkulyator distoniya

B) Qalxanabənzər vəzin tireotoksik adenoması

C) Qalxanabənzər vəzin xərçəngi

D) Diffuz-toksiki zob

E) Yarımkəskin tireoiditin başlanğıc stadiyası
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
278) ÜST təsnifatına əsasən II dərəcəli ur üçün nə xarakterikdir?
A) Boyuna baxışda bilinməyən qalxanabənzər vəzi

B) Heç biri doğru deyil

C) Boyun konfiqurasiyasını dəyişən ur

D) Qalxanabənzər vəzin vizual olaraq böyüməsi

E) Qalxanabənzər vəzin palpator olaraq böyüməsi
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко.,Фадеев В.В. Эндокринология, Москва,2000.
279) Diffuz-toksiki ur üçün aşağıda yazılanlardan biri doğru deyil?
A) HLA-B8, DR3 antigenləri ilə əlaqələnən genetik meyillilik

B) Poligen irsiyyət tipi

C) Xəstəliyin inkişafında rol oynamayan irsiyyət

D) İrsiyyətin autosom-resessiv tipi

E) İrsiyyətin autosom-dominant tipi
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко.,Фадеев В.В. Эндокринология, Москва,2000.
280) Diffuz-toksiki urun inkişafında stress faktorun nəyə təsiri olmur ?
A) Diffuz-toksiki zob önü stadiya olaraq neyrosirkulyator distoniyanın inkişafı

B) Heç biri doğru deyil

C) İmmun sistemə, autoimmun xəstəliklərin rastgəlmə tezliyini artırmaqla

D) TTH sekresiyasını artırır

E) Katexolaminlərin səviyyəsini artırmaqla tireoid hormonların sintez və sekresiya səviyyəsinin sürətini artırır
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко,Фадеев В.В. Эндокринология, Москва,2000.
281) Aşağıdakı infeksiyalardan hansı diffuz - toksiki urun inkişafına səbəb olmur?
A) Burun - udlağın digər xəstəlikləri

B) Yumurtalıqlarda olan iltihabi proseslər

C) Qrip

D) Revmatizm



E) Angina
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко.,Фадеев В.В. Эндокринология, Москва,2000.
282) LATS- faktor haqqında yazılanlardan biri doğru deyil?
A) LATS-faktor qalxanabənzər vəzin funksiyasını daha uzun müddət ərzində stimulə edir nəinki TTH

B) Qanda LATS səviyyəsi tireotoksikozun ağırlığı ilə korrelyasiya olunmur

C) LATS yüksək səviyyəsi ekzoftalmla müşaiyət olunan diffuz-toksiki ur və pretibial miksedeması olan 80-90 % xəstələrdə rast gəlinir

D) LATS yüksək səviyyəsi cəmi 45-50 % diffuz-toksiki ur olan xəstələrdə rast gəlinir

E) Qanda LATS səviyyəsi oftalmopatiyanın dərəcəsi ilə korrelyasiya olunur
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
283) Tireostimuləedici immunoqlobulinlər üçün yazılanlardan hansı doğru deyil?
A) A sinfinə aiddir

B) G sinfinə aiddir

C) Qalxanabənzər vəziyə stimuləedici effekt göstərirlər

D) Antigendirlər

E) TTH-ın reseptorlarla əlaqələnməsinə cavabdehdirlər
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко,Фадеев В.В. Эндокринология, Москва,2000.
284) Diffuz-toksiki ur zamanı aşağıda yazılanlardan biri müəyyən olunmur?
A) T-limfositlərin forbid klonlarının əmələ gəlməsi

B) T-supressorların qüsuru və ya defisiti

C) Stimuləedici immunoqlobulinlərin artıq əmələ gəlməsi

D) İmmun nəzarətdə anadangəlmə qüsur

E) T-supressorların artması
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко,Фадеев В.В. Эндокринология, Москва,2000.
285) Diffuz-toksiki ur aşağıda yazılan autoimmun xəstəliklərdən biri ilə eyni vaxtda rast gəlinə bilməz?
A) Hamısı

B) Vitiliqo

C) Şmidt sindromu

D) Endokrin oftalmopatiya

E) Pretibial miksedema
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко,Фадеев В.В. Эндокринология, Москва,2000.
286) Katexolaminlərin yüksək ifrazı nəyə səbəb olmur?
A) Tireoid hormonların artıq istehsalına

B) Qalxanabənzər vəzidə autoimmun prossesin çoxalmasına

C) TTH sekresiyasının artmasına və cavab olaraq tireoid hormonların səviyyəsinin artmasına

D) Tireoid hormonların artıq ifrazına

E) Tireoid hormonların sekresiyasının azalmasına
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко,Фадеев В.В. Эндокринология, Москва,2000.
287) Tireoid hormonlarının artıqlığı nəyə səbəb olmur?
A) Qlikogen parçalanmasını artırır

B) Karbohidratların yağa çevrilməsinin qarşısını alır

C) Qara ciyərdə qlikogenin səviyyəsini azaldır

D) Qlükozanın fosforlaşma mərhələsinə təsir göstərmir

E) Sadalananların heç birinə
Ədəbiyyat: Дедов И.И., Г.А.Мельниченко,Фадеев В.В. Эндокринология, Москва,2000.
288) Tireotoksikoz zamanı zülal mübadiləsində gedən dəyişikliklər nə ilə xarakterizə olunmur?
A) Anabolik prosesslərin azalması

B) Zülal katabolizminin azalması

C) Zülal katabolizminin artması

D) Sidiklə kreatinin və zülalın çıxarılmasının artması

E) Hipoalbuminemiya
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко,Фадеев В.В. Эндокринология, Москва,2000.
289) Toksiki zobu olan xəstədə ürək-damar sistemi tərəfindən olan hansı dəyişikliklər müşahidə olunmur?
A) Təngənəfəslik

B) Fasiləli ürəkdöyünmə

C) Daimi ürəkdöyünmə

D) Ürək ritminin pozulması

E) Qanın dəqiqəlik həcminin artması
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
290) Toksiki uru olan xəstələrdə ürək-damar sistemi tərəfindən xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq hansı əlamət rast gəlinmir?
A) Qan dövranı çatmamazlığı

B) Ağır hallarda belə ürək ritminin nadir dəyişiklikləri

C) Ürək sərhədlərinin dəyişilməsi

D) Sistolik təzyiqin artması və diastolik təzyiqin azalması

E) Funksional damar küyləri
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко,Фадеев В.В. Эндокринология, Москва,2000.
291) Toksiki ur zamanı miokard infarktının inkişafının nadir hallarda olması nə ilə əlaqədar deyil?
A) Qan dövranı hərəkətinin sürətlənməsi

B) Lipid mübadiləsində dəyişikliklər ( b-lipoproteidlərin,xolesterin səviyyəsinin azalması )

C) Trombositlərin aqreqasiyasının artması

D) Qanın laxtalanma əleyhinə sisteminin aktivliyinin artması

E) Qanın laxtalanma sisteminin aktivliyinin azalması
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко,Фадеев В.В. Эндокринология, Москва,2000.
292) Toksiki ur zamanı mədə-bağırsaq traktı tərəfindən hansı dəyişikliklər müşahidə olunmur?
A) İştahanın dəyişilməsi ( xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq artması və ya azalması)

B) Qəbizlik

C) Mədə şirəsi sekresiyasının dəyişilməsi (xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq artması və ya azalması)

D) Tez-tez defekasiya aktı

E) Mədədə və bağırsqda ağrı tutmaları
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
293) Tireotoksikoz zamanı mərkəzi və periferik sinir sistemində aşağıdakı klinik dəyişikliklərdən hansı biri baş vermir?
A) Kəskin biruzə olunan qırmızı dermoqrafizm

B) Bütün bədənin və onun ayrı-ayrı hissələrinin əsməsi

C) Əzələ zəifliyi

D) Vətər reflekslərinin artması

E) Patoloji reflekslərin olmaması
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
294) Miasteniya ilə birgə müşahidə olunan toksik ur zamanı hansı əlamət müşahidə edilmir?
A) Göz almalarının əzələlərində zəiflik

B) Çeynəmə əzələlərində zəiflik

C) Udqunmanın pozulması

D) Ətrafların proksimal hissəsində xarakter zəiflik

E) Danışığın pozulması
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
295) Tireotoksikoz zamanı reproduktiv sistemdə baş verən dəyişikliklərə nə aid deyil?
A) Kişilərdə libidonun və potensiyanın azalması

B) Qızlarda aybaşı siklinin və ikincili cinsi əlamətlərin əmələ gəlməsinin ləngiməməsi

C) Uşaqsalmaya və sonsuzluğa meyllilik

D) Aybaşı tsiklinin pozulması

E) Yumurtalıqlarda və uşaqlıqda gedən degenerativ və atrofik prosesslər
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
296) Krauss simptomu nə zaman müşahidə olunmur?
A) Revmatizm

B) Tuberkulez

C) Hipotireoz

D) Sinir sistemini funksional dəyişiklikləri

E) Diffuz toksiki zob
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
297) I dərəcəli oftalmopatiya üçün nə xarakter deyil?
A) Konyuktiva tərəfindən dəyişikliyin olmaması

B) Orta ekzoftal (16 mm)

C) Diplopiya

D) Göz qapaqlarının şişkinliyi

E) Gözü hərəkətə gətirən əzələlərin normal funksiyası
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
298) II dərəcəli oftalmopatiya üçün nə xarakter deyil?
A) Görmə sinirinin atrofiyası

B) Kəskin ekzoftalm (18 mm)

C) Gözyaşarma

D) Davamsız diplopiya

E) Gözdə qum hissiyatı
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
299) III dərəcəli oftalmopatiya üçün nə xarakter deyil?
A) Davamsız diplopiya

B) Davamlı diplopiya

C) Ekstraokulyar əzələlərin kəskin pozulmaları

D) Keratit

E) Kəskin ekzoftalm (22-23 mm)
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
300) Uşaqlarda müşahidə olunan toksiki urun gedişində hansı biri müşahidə olunmur?
A) Sümükləşmə proseslərin sürətlənməsi

B) Düyünlü formaların nadir rast gəlməsi

C) Qalxanabənzər vəzin döş sümüyü altı yerləşməsinin nadir hallarda rast gəlməsi

D) Ürək ritminin pozulması

E) Qalxanabənzər vəzin kəskin böyüməsi
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
301) Uşaqlarda müşahidə olunan toksiki urun gedişində nə rast gəlinmir?
A) Kəskin arıqlama

B) Cinsi inkişafın ləngiməsi

C) Zehni qabiliyyətin azalması

D) Timikolimfatik vəziyyətin əlamətləri

E) Ürək çatmamazlığının nadir hallarda rast gəlinməsi
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
302) Yaşlılarda müşahidə olunan toksiki urun gedişində nə rast gəlinmir?
A) Qan dövranı çatmamazlığının inkişafı

B) Ürək-damar sistemi tərəfindən nəzərə çarpacaq dəyişikliklər

C) Səyirici aritmiyanın sürətli inkişafı

D) Əllərdə tremor

E) Apatetik tireotoksikozun olması
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
303) Tireotoksik krizin patogenezi haqqında yazılanlardan hansı doğru deyil?
A) Hipotalamo-hipofizar və simpatoadrenal sistemin aktivliyinin artması

B) Mərkəzi sinir sisteminin hiperaktivliyi

C) Böyrəküstü vəzi çatmamazlığının artması

D) Kallikrein-kinin sisteminin aktivliyinin azalması

E) Tireoid hormonların sekresiyasının kəskin artması
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
304) Aşağıdakı hallardan hansında tireotoksik kriz inkişaf etmir?
A) Eutireoz vəziyyət almaq üçün radioaktiv yodla müalicə

B) İnfeksiyalar,intoksikasiya,stress vəziyyətlər

C) Qalxanabənzər vəzidə cərrahi müdaxilə

D) Diaqnostika olunmayan toksiki zob

E) Antitireoid preparatların qəbulunun qəfil dayandırılması
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
305) Tireotoksik kriz hansı simptomla müşahidə olunmur?
A) Əzələ adinamiyası

B) Profuz tərləmə

C) Normal bədən hərarəti

D) Taxikardiya

E) Ürəkbulanma, qusma, profuz ishal
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
306) Diffuz toksiki ur zamanı hansı laborator göstərici müşahidə olunmur?
A) Qlobulinlərin,ən çoxda g-fraksiyasının azalması

B) Qanda protrombinin azalması

C) Karbohidratlara qarşı tolerantlığın pozulması və hiperqlikemiyalar

D) Hipoalbuminemiya

E) Hipoxolesterinemiya
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
307) 131J qalxanabənzər vəzi tərəfindən udulması aşağıdakı hallardan hansında artmır?
A) Diffuz toksiki zob

B) Radioaktiv yodla müalicə

C) Subtotal tireoidektomiya

D) Dəriyə yodun sürtülməsi

E) Endemik zob
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
308) Toksiki zob üçün aşağıda yazılanlardan hansı xarakter deyil?
A) Qanda ümumi T4 artması

B) Qanda TTH səviyyəsinin artması

C) Qanda sərbəst T4 artması

D) Qanda sərbəst T3 artması

E) Qanda ümumi T3 artması
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
309) Həcmi böyümüş qalxanvarı vəzi mövcud olduqda hansı xəstəliklər haqqında düşünə bilərik?
A) Vəzin hiperplaziyası, diffuz toksik zob

B) Diffuz toksik zob, vəzin hiperplaziyası, bədxasisəli şişləri

C) Auto-immun tireoidit, diffuz toksik zob, vəzin hiperplaziyası

D) Auto-immun tireoidit, bədxasisəli şişləri

E) Vəzin hiperplaziyası, auto-immun tireoidit
Ədəbiyyat: «Ултразвуковая диагностика заболований щитовидной железы» В.П. Харченко, П.М.Котляров, М.С.Могутов 2007
310) Autoimmun tireoidit qalxanvari vəzin hansı xəstəlikləri ilə birgə rast gəlinə bilər?
A) Diffuz dəyişikliklərlə

B) Düzgün cavab yoxdur

C) Bütün xəstəlikləri ilə

D) Düyünlü patologiyalarla

E) Bədxassəli şişlərlə
Ədəbiyyat: «Практическое руководства по ультразвуковой диагностике»В.В. Митькова 2005
311) Autoimmun tireoiditin USM şəklini diffuz toksik urun görüntüsü ilə necə fərqləndirmək olar?
A) Diffuz toksik ur kimi exogenliyi eyni dərəcədə azalır

B) USM şəkli ilə fərqlənmir

C) Diffuz toksik urdan fərqli olaraq exogenliyi lokal şəkildə müxtəlif dərəcədə azalır

D) Diffuz toksik urdan fərqli olaraq exogenliyi artmış olur

E) Diffuz toksik urdan fərqli olaraq exogenliyi lokal şəkildə müxtəlif dərəcədə azalır və kapsulası hissəvi pozulmuş olur
Ədəbiyyat: «Практическое руководства по ультразвуковой диагностике»В.В. Митькова 2005
312) Qalxanvari vəzin bədxassəli şişlərində limfatik düyünlərdə nə kimi dəyişiliklər baş verir?
A) Agacçəkilli diffuz hipervaskulyarizasiya, hipoexogen quruluş, oval forma ( en/ qalınlığı<2 )

B) Agacşəkilli diffuz hipervaskulyarizasiya, hipoexogen quruluş, girdələşmiş forma ( en/ qalınlığı>2 )

C) Hipoexogen quruluş, normal vaskulyarizasiya

D) Qalxanvaiı vəzin bədxassəli şişlərində limfatik düyünlərdə dəyişiliklər olmur

E) Mərkəzi hipervaskulyarizasiya, saxlanılmış exoquruluş
Ədəbiyyat: «Цветовая дуплексная сонография» Матиас Хофер 2007
313) Ətrafında hipoexogen halosu olan düyünlərin xarakteri əsasən necə olur?
A) Kalsinatlaşmış olur

B) Yalnız NAB vasitəsi ilə dəqiq demək olar

C) Bədxassəli

D) Maye tərkibli olur

E) Xoşxassəli
Ədəbiyyat: «Практическое руководствo по ультразвуковой диагностике»В.В. Митькова 2005
314) Anexogen quruluşa malik dorzal akustik güclənmə verən sferik formalı törəmə hansı xəstəliyinin USM görüntüsüdür ?
A) Kistik degenerasıya edən adenoma

B) Kistalar

C) Paratireoiditin hiperplaziyası

D) Güclənmiş damar şəkli

E) Diffuz toksiki ur
Ədəbiyyat: «Практическое руководствo по ультразвуковой диагностике»В.В. Митькова 2005
315) Daxilində tək exopozitiv ştrixi olan anexogen quruluşlu törəmə hansı patologiyaya aiddir?
A) Limfa düyünü

B) Kolloid kista

C) Mürəkkəb kistalar

D) Adenoma

E) Hemorragik kista
Ədəbiyyat: «Практическое руководствo по ультразвуковой диагностике»В.В. Митькова 2005
316) Parathormonun defisiti özünü necə büruzə verir?
A) İshal ilə

B) Yanğı hissi ilə

C) Tonik qıcolmalarla

D) Hərarətin artması ilə

E) Beyində qıcolma aktivliyinin artması ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
317) Psevdohipoparatireoz üçün hansı əlamət xarakterik deyil?
A) Parathormonun səviyyəsinin dəyişilməməsi

B) Ca qanda miqdarının artması

C) Hiperfosfatemiya

D) Qələvi fosfatazanın aktivliyinin artması

E) Ca sidik ilə ekskresiyasının artması ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
318) Qanda Ca miqdarının artması zamanı EKQ-də hansı dəyişiliklər müşahidə olur?
A) Т dişinin yüksəlməsi

B) QT intervalının qısalması (RT)

C) PQ intervalının uzanması

D) Patolojı U dişi

E) Patolojı Q dişi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
319) Birincili hiperparatireoz üçün nə xarakterikdir?
A) Qanda P miqdarının artması

B) P sidik ilə ekskresiyasının azalması

C) Qələvi fosfatazanın aktivliyinin azalması

D) Qanda Ca miqdarının azalması

E) Qanda Ca miqdarının artması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
320) Hipoparatireozun müalicəsi üçün hansı preparatlardan istifadə olunmur?
A) Taxistin

B) Kalsitriol

C) 1,25 dioksikalsiferol

D) Rokatrol

E) Kalsitonin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
321) Hipoparatireoz üçün hansı göstəricilər xarakterik deyil?
A) Qanda Ca miqdarının artması

B) Qanda F miqdarının artması

C) Qanda Ca miqdarının azalması

D) Ca böyrəklər ilə ekskresiyasının artması

E) F böyrəklər ilə ekskresiyasının azalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
322) Qalxanvariətraf vəzilərin funksiyası hansı hallarda aşağı düşmür?
A) Qalxanvariətraf vəzilərinin adenomasının çıxarılması nəticəsində

B) Qalxanvariətraf vəzilərinin autoimmun zədələnməsi zamanı

C) Boğaz nahiyəsinin travması zamanı

D) 50% artıq funksional aktiv toxuma zədələnirsə

E) Qalxanvariətraf vəzilərinin şualanması zamanı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
323) Parathormon nəyi tənzim etmir?
A) Böyrəklərdə 1,25-diqidroksi vitamin D sintezini

B) İnsulin sintezini

C) Sümükdən F çıxmasını

D) Qlomerulyar filtratdan Ca və F reabsorbsiyasını

E) Sümükdən Ca çıxmasını
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
324) Hiperkalsiemiyanın kliniki simptomlarına hansı aid deyil?
A) Qəbizlik

B) Aritmiyalar

C) Piylənmə

D) Arıqlama

E) Yuxuluq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
325) Hiperkalsiemiyanın səbəbi deyil?
A) Tireotoksikoz

B) Onkolojı xəstəliklər

C) İkincili hipoparatireoz

D) Sarkoidoz

E) Birincili hiperparatireoz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
326) Hipokalsiyemiyanın klinik simptomlarına aid deyil?
A) Stupor

B) Katarakta

C) EKQ - da Q - T intervalının qısalması

D) Paresteziyalar

E) Qıcolmalar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
327) Hipokalsiyemiyanın səbəbi deyil?
A) Avitaminoz D

B) Rabdomioliz

C) Bronxial astma

D) Böyrək çatmamazlığı

E) Kəskin pankreatit
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
328) Miasteniyanın xarakter klinik əlamətlərinə aiddir?
A) Simmetrik əzələ distrofiyası və xroniki yorğunluq

B) Ətraf əzələlərində deformasiya və hissiyat pozğunluğu

C) Kəskin əzələ zəifliyi və hissiyatın pozulması

D) Heç bir cavab doğru deyil

E) Kəskin əzələ zəifliyi və xroniki yorğunluq
Ədəbiyyat: R.M.Məmmədhəsənov, Endokrinologiya, Bakı. 2006.
329) Hipoparatireoz zamanı orqanizmdə nə baş verir?
A) Hipofosfatemiya

B) Hipoqlikemiya

C) Heç bir cavab düz deyil

D) Hipokalsemiya

E) Hipokalemiya
Ədəbiyyat: R.M.Məmmədhəsənov, Endokrinologiya, Bakı. 2006.
330) Kəskin tetaniya tutmaları zamanı ilk yardım kimi nə yeridilir?
A) 8.5 %-li NaHCO3 məhlulu

B) vitamin D2-nin spirtdə məhlulu

C) 300-500 mg hidrokortizon

D) 5 %-li qlükoza məhlulu

E) 10 %-li CaCl2 məhlulu
Ədəbiyyat: R.M.Məmmədhəsənov, Endokrinologiya, Bakı. 2006.
331) Aşağıdakı xəstəliklərin hansı üçün hiperkalsemiya xarakter deyil?
A) Hipoparatiroidizm

B) Feoxromositoma

C) Tireotoksikoz

D) Sarkoidoz

E) Adisson xəstəliyi
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М. 2008
332) Aşağıdakılardan hansı hipokalsemiyaya səbəb ola bilməz?
A) A vitamini

B) Furosemid

C) Tiazid qrupu diuretiklər

D) Hipertiroid

E) Birincili hipoparatireoid
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М. 2008
333) Yuvarlaq üz, metakarp və metatars qısalığı aşağıdakılardan hansında olur?
A) Psevdohipoparatiroidizm

B) Paratiroid adenoması

C) Sipple sindromu (MEN,tip 2A)

D) Hiperparatiroid

E) Paratiroid xərçəngi
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М. 2008
334) Aşağıdakılardan hansı hiperkalsemiyaya səbəb ola bilməz?
A) Birincili hiperparatiroidizm

B) Sarkoidoz

C) Malignizasiya

D) İtsenko-Kuşinq xəstəliyi

E) İrsi hipokalsiurik hiperkalsemiya
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М. 2008
335) Hipoparatiroidizmin klinik əlamətlərinə aşağıdakılardan hansı aid deyil?
A) EKQ-da QT məsafəsinin uzanması

B) Hiperkalsiuriya

C) Parathormonun səviyyəsinin aşağı olması

D) Hipokalsemiya

E) Hiperfosfatemiya
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М. 2008

1   2   3   4   5   6   7   8   9   ...   18


База данных защищена авторским правом ©infoeto.ru 2022
обратиться к администрации
Как написать курсовую работу | Как написать хороший реферат
    Главная страница