Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. Эндокринология



Скачать 1.8 Mb.
страница 18/18
Дата 25.08.2016
Размер 1.8 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   18

1116) Progesteronun azalması nə vaxt müşahidə olunur?
A) Xorion epitelioma

B) Psevdo hamiləlik

C) Böyrəküstü vəzin anadan gəlmə hiperplaziyası

D) Yumurtalığın şişləri

E) Galaktoreya, amenoreya sindromu
Ədəbiyyat: Ədəbiyyat: Майкл Т., МакДермотт «Секреты эндокринологии», 2003 г.
1117) Reninin artması nə vaxt müşahidə olunur?
A) Medullyar sindromu

B) I-li hiperaldosteronizm

C) Şirin biyan kökü və mineralokortikoid qəbulu

D) Hiperkalemiya

E) II-li hiperaldosteronizm
Ədəbiyyat: Ədəbiyyat: Майкл Т., МакДермотт «Секреты эндокринологии», 2003 г.
1118) Hipoparatireoz zamanı qıcolmaya hazırlıq mərhələsi üçün hansı simptom xarakterik deyil ?
A) Xvostek simptomu

B) Babinski simptomu

C) Veys simptomu

D) Trusso simptomu

E) Erba simptomu
Ədəbiyyat: Ədəbiyyat: Майкл Т., МакДермотт «Секреты эндокринологии», 2003 г.
1119) Hipoparatireozun ən təhlükəli ağırlaşmaları hansılardır?
A) Sümüklərin struktur dəyişikliyi

B) Hipokaliemiya

C) Hiperkalsiemiya

D) Hipokalsiemiya

E) Asfiksiya ilə müşahidə olunan larinqospazm
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г. И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1120) Aşağıdakı xəstəliklərdən hansı birində testosteronun azalması müşahidə olunmur?
A) Kriptorxizm

B) Klaynfelter sindromu

C) Daun sindromu

D) Yumurtalığın polikistoz sindromu

E) Kalmann sindromu
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1121) Aşağıdakı xəstəliklərdən hansı birində hiperkalsiemiya müşahidə olunmur?
A) Hipoparatireoz

B) Reklinhausen neyrofibromatozu

C) Diffuz toksiki ur

D) Kuşinq xəstəliyi

E) Kaler Mielom xəstəliyi
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1122) Aşağıdakı xəstəliklərdən hansı birində tiroksinin yüksəlməsi müşahidə olunmur?
A) Yarımkəskin tireoidit

B) Panhipopituitarizm

C) Diffuz toksiki ur

D) Piylənmə

E) Hepatit
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1123) Aşağıdakı xəstəliklərdən hansı birində FSH-ın yüksəlməsi müşahidə olunmur?
A) I-li hipoqanadizm

B) Yumurtalığın ageneziyası

C) Hemoxromatoz

D) Klayn-felter sindromu

E) Terner sindromu
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1124) Hamiləlik dövründə yodun profilaktik qəbul dozası hansıdır?
A) 150 mkg/gün

B) 200 mkg/gün

C) 250 mkg/gün

D) 100 mkg/gün

E) təyin edilmir
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1125) Hansı sindrom zamanı hündürboyluluq müşahidə olunmur?
A) Marfan sindromu

B) Viverr-Smit sindromu

C) Sotos sindromu

D) Terner sindromu

E) Bekvit-Videlman sindromu
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1126) I - li sonsuzluq dedikdə nə nəzərdə tutulur?
A) Kontraseptivlərin qəbulu

B) Heç bir zaman hamiləliyin baş verməməsi

C) Menarxenin olmaması

D) Tez-tez düşüklərin olması

E) Uzun müddət ara verən hamiləlik
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1127) Kişilərdə qonadotropin rilizinq hormonuna əsasən hansı hormon vasitəsilə nəzarət edirlər?
A) Estrogenlər

B) Testosteron

C) Prolaktin

D) TSH


E) Progesteron
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1128) Androgen reseptorlarının defektinin fenotipik əlamətləri hansılardır?
A) Fenotipik əlamətləri yox

B) İzoseksual tipli cinsi inkişaf

C) Həqiqi hermofrodizm

D) Virilizasiya çatışmazlığından başlayaraq testikulyar feminizasiya sindromuna qədər

E) Vaxtından əvvəl cinsi inkişaf
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1129) Qonadotropinlərin qanda yüksək səviyyəsi fonunda testosteron çatışmazlığı hansı patoloji halın göstəricisidir?
A) Hiperprolaktinemiya

B) Adrenogenital sindrom

C) II-li hipoqonadizm

D) I-li hipoqonadizm

E) Hipofizin şişləri
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1130) Androgen alopesiyası zamanı xayaların funksiyası və androgenlərin təsirindən hansı dəyişikliklər baş verir?
A) Androgenlər inqibə olunur

B) Xayaların funksiyası azalaraq pozulur

C) Azoospermiya olur

D) Xayaların funksiyası zəifləyir, androgenlərin təsiri artır

E) Xayaların funksiyası və androgenlərin təsiri normal vəziyyətdə olur
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1131) Hiperkortisizm xayaların funksiyasına necə təsir edir?
A) Xayaların funksiyalarını stimulyasiya edir

B) Spermada fruktozanın miqdarını artırır

C) Təsir etmir

D) Xayalarda estradiol sintezini artırır

E) Xayaların funksiyalarını tormozlayır
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1132) Qanda testosteronun azalmasına səbəb olan hal hansıdır?
A) Uzunmüddətli və ağır fiziki yüklənmə

B) Sustanon preparatının təyini

C) Steroid terapiya

D) Stress

E) Pəhriz təyini
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1133) Hipotireozun müalicəsi zamanı TSH-ın optimal səviyyəsi aşağıdakılardan hansıdır?
A) 3-4 mME/R

B) 2,2-3,4 mME/R

C) 0,1-0,2 mME/R

D) 0,1-0,5 mME/R

E) 0,5-2 mME/R
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1134) Aşağıdakı preparatlardan hansılar hirsutizmə səbəb ola bilər?
A) Femaston, Dufaston

B) Anoreksigen preparatları

C) Danazol, Fenitoin, Levonorgestrel, anabolik steroidlər

D) Bromkriptin, Dostineks

E) Androkur
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1135) Qalxanvari vəzinin bədxassəli şişlərinin təyinində ən effektiv və əhəmiyyətli üsul hansıdır?
A) Qanda Antitellərin təyini

B) Boyun hissənin MRT müayinəsi

C) USM-si

D) Nazik iynəli aspirasion biopsiya

E) Rentgen müayinə
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1136) Qızlarda vaxtından əvvəl cinsi yetişkənlik dedikdə nə nəzərdə tutulur?
A) 7 yaşa qədər telarxe və putarxenin olması

B) Kişi tipli tüklənmənin olması

C) Bədən çəkisinin kəskin artması

D) Menarxenın olmaması

E) II- li cinsi inkişafın olmaması
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1137) Kuşinq sindromunun kütləvi diaqnostik üsullarından ən dəqiqi hansıdır?
A) Qanda AKTH-in təyini

B) Sutkalıq sidikdə sərbəst kortizolun səviyyəsinin təyini

C) Böyük Deksametazon sınağı

D) Kiçik Deksametazon sınağı

E) Sidikdə 17 KS-in təyini
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1138) Aldosteron sekresiyası hansı sistemin nəzarəti altındadır?
A) Kortizolun nəzarəti altında

B) Renin angiotenzin sistemi

C) AKTH təsiri altınfa

D) Vazopressinin nəzarəti altında

E) Qonadoliberinin nəzarəti altında
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1139) Aşağıdakı xəstəliklərdən hansılar osteoporozla müşahidə olunmur?
A) Hipotireoz

B) Kuşinq sindromu

C) Hipertireoz

D) I-li hiperparatireoz

E) İdiopatik hiperkalsiuriya
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1140) Hiperkalsemiyanın əsas rast gəlmə səbəbləri hansılardır?
A) I-li hipertireoz

B) Hipotireoz

C) Ridel tireoiditi

D) Haşimoto tireoiditi

E) I-li hiperparatireoz və qalxanvari ətraf vəzilərin bəd xassəli şişləri
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1141) 46 yaşlı qadın (10 ildir ki, qeyri requlyar Tiamazol qəbul edib. Həkimin tövsiyələrinə pis riayət edib), ağır dehidratasiya simptomları, qusma, sakit halda 120 vurğu nəbz, güclü tremor ilə, ümumi zəiflik, üzərində güclü damar küyü olan 80 mm zobla müraciət edib. Həkimin müalicə taktikası necə olacaq?
A) Antibiotiklər

B) Tireostatiklər

C) Rehidratasion terapiya, tireostatiklər, β adrenoblokatorlar

D) Vitaminlər

E) β adrenoblokatorlar
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1142) Volf- Çaykov effekti nə deməkdir?
A) Əməliyyatdan sonrakı hipotireoz

B) Tireostatik kriz

C) Yüksək dozalı tiroid hormonlarının təyini zamanı əmələ gələn tireotoksikoz

D) Yüksək dozalı yod preparatların qəbulu nəticəsində qalxanvari vəzidə tireoid hormonların sintezinin müvəqqəti inhibasiya edilməsi

E) Hipotireoz ödemləri
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1143) 53 yaşında kişi. Şikayətləri: Son aylar sağ gözün bərəlməsi, görmə zəifləməsi və pozğunluğu yoxdur, tireotoksikoz simptomları yoxdur. Xəstənin ilkin müalicə sxemi necə olmalıdır?
A) Qanda tiroid profilinin yoxlanıması, antitiroid anticismlər, görmə itiliyinin və sahəsinin təyin edilməsi, kəllənin MRT müayinəsi

B) Kəllənin rentgen müayinəsi

C) Qanın hormonal spektrinin təyini

D) Qanın lipid spektrinin təyini

E) Qalxanvari vəzin USM müayinəsi
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1144) Akromeqaliya zamanı konservativ müalicəyə göstəriş hansılardır?
A) Ahıl yaş, cərrahi əməliyyata hər hansı bir əks göstəriş və çox kiçik adenomalar

B) Şəkərli diabet tip 2 olması

C) Kraniofaringeomanın olması

D) Makroadenomalar

E) Gənc yaş
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1145) 17 yaşlı qızda menarxe 13 yaşda başlayıb və müntəzəm olub. Son 8 aydır ki, tam kəsilib, periodik olaraq döş vəzilərindən açıq rəngli möhtəviyyat müşahidə olunur.Heç bir preparat qəbul etmir. Prolaktinin qanda səviyyəsi 6000 mvah/L (norma 360 mvah/L qədər). Növbəti müayinə planında ilk addım nədən başlamalıdır?
A) Yumurtalıqların müayinəsi

B) Başın MRT-si, Göz dibinin müayinəsi

C) Cinsi xromatinin təyini

D) Qalxanvari vəzin müayinəsi

E) Mədəaltı vəzinin müayinəsi
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1146) Oğlanlarda hipoqonadizmə şübhə zamanı hansı müayinə metodlarından istifadə etmək məsləhətdir?
A) Xayaların biopsiyası

B) TSH, Anti TPO təyini

C) Qonadoliberin sınağı, Klomifen sınağı, Spermoqramma, xayaların müayinəsi və biopsiyası

D) Sidikdə 17 KS və 17 OKS –in təyini

E) Başın KT təyini
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1147) Poliuriya və polidipsiya hansı xəstəliyin kardinal simptomlarına aid deyil?
A) I-li hiperaldosteronizm

B) Hiperparatireoz

C) Şəkərli diabet

D) Şəkərsiz diabet

E) Hipotireoz
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1148) İnsulin preparatları hansı temperaturda saxlanılmalıdır?
A) (+2°)— (+8°)C

B) (+2°) -2°C

C) (+15°) - (+25°C)

D) (+10°)-15°C

E) (-2°)-(-10°)C
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1149) Diabetik oftalmopatiyalara hansılar aiddir?
A) Sklerit

B) Blefarit

C) Ekzoftalm

D) Sinil katarakta

E) Metabolik katarakta
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1150) Psevdo hipoaldosteronizm nə deməkdir?
A) Adrenal ektomiyadan sonrakı hipoaldosteronizm

B) Yatrogen hipoaldosteronizm

C) Fridirekson Uoterxaus sindromu

D) Konn sindromu

E) Böyrək və aldosteronun hədəf toxumalarının mineral kortikoidlərə qarşı rezistentlik sindromu
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедов «Эндокринология. Национальное руководство», 2008 г.
1151) Aşağıdakı hormonlardan hansılar hipofizdə laktatrofların inkişafını artırır?
A) TSH

B) Estrogenlər

C) Progesteron

D) Testosteron

E) İnsulin
Ədəbiyyat: Ədəbiyyat: А. С. Аметов “Сахарный диабет 2 типа. Проблемы и решения”, 2011 г; Майкл Т., МакДермотт «Секреты эндокринологии», 2003 г.
1152) Pubertat dövrünün hipotalamik sindromunda baş verən hormonal dəyişikliklər necə təzahür edir?
A) Hiperandrogenemiya və LH+FSH yüksək olması

B) I-li hiperaldosteronizm

C) Hipertireoidizm və hiperprolaktinemiya

D) STH, AKTH, prolaktin, kortizol və insulinin hipersekresiyası

E) Hormonal dəyişikliklər baş vermir
Ədəbiyyat: Ədəbiyyat: А. С. Аметов “Сахарный диабет 2 типа. Проблемы и решения”, 2011 г; Майкл Т., МакДермотт «Секреты эндокринологии», 2003 г.
1153) Hansı xəstəliklər zamanı vəzidən kənar hiperprolaktinemiya müşahidə olunur?
A) Xroniki böyrək və ağciyər xəstəlikləri zamanı

B) Bronxial astma zamanı

C) Döş vəzilərinin şişləri zamanı

D) Hemorragik vaskulit zamanı

E) Şəkərli diabet zamanı
Ədəbiyyat: Ədəbiyyat: А. С. Аметов “Сахарный диабет 2 типа. Проблемы и решения”, 2011 г; Майкл Т., МакДермотт «Секреты эндокринологии», 2003 г.
1154) Gənclik bazofilizm xəstəliyində arterial hipertenziyanın səbəbi aşağıdakılardan hansı ola bilər?
A) Qanın lipid spektrının dəyişməsi

B) şəkərli diabet tip 2

C) Cinsi inkişaf və TSH-ın artması

D) AKTH hipersekresiyası, hiperkortisizm və renin- aldesteron sisteminin aktivləşməsi

E) Hipofiz adenoması
Ədəbiyyat: Ədəbiyyat: А. С. Аметов “Сахарный диабет 2 типа. Проблемы и решения”, 2011 г.
1155) Hansı endokrin xəstəlikləri zamanı qıcolma sindromları müşahidə olunmur?
A) Hipoparatireoz

B) Hipoqlikemiya

C) Hipotireoz

D) Adisson xəstəliyi

E) Hipoqonadizm
Ədəbiyyat: Ədəbiyyat: Балаболкин М.И., Клебанова Е.М., Креминская В.М. “Дифференциальная диагностика и лечение эндокринных заболеваний.”, 2002 г.
1156) Hipotireoz zamanı əzələlər tərəfindən hansı dəyişikliklər baş verir?
A) Çanaq əzələlərinin atrofiyası

B) Əzələlərdə atrofiya olmadan baş verən miopatiyalar

C) Əzələlərin hipertrofiyası, ödemi

D) Əzələlərin lokal atrofiyası

E) Əzələlərin atrofiyası
Ədəbiyyat: Ədəbiyyat: Балаболкин М.И., Клебанова Е.М., Креминская В.М. “Дифференциальная диагностика и лечение эндокринных заболеваний.”, 2002 г.
1157) Aşağıdakı faktorlardan hansı HbA1C artmasına səbəb olur?
A) Hemoqlobinopatiya

B) Anemiyalar

C) Hiperbilirubinemiya

D) Hiperlipidemiya

E) Böyrək çatmamazlığı
Ədəbiyyat: Ədəbiyyat: В.В.Фадеев «Диагностика и лечение в эндокринологии», 2010 г.
1158) Xorionik qonadotropin əsasən hansı hormonların xüsusiyyətlərini cəmləşdirib?
A) Vazopressin və oksitosin

B) Testosteron və estrogen

C) LH və FSH

D) AKTH və TSH

E) Aldosteron və kortizol
Ədəbiyyat: Ədəbiyyat: В.В.Фадеев «Диагностика и лечение в эндокринологии», 2010 г.
1159) Plasentar laktogenin təsirlərinə hansı aid deyil?
A) DNT-nin aktivliyini və sintezini artırmaq

B) Somatotrop təsir

C) Luteotrop təsir

D) İkincili cinsi əlamətlərin əmələ gəlməsi

E) Laktogen təsir
Ədəbiyyat: Ədəbiyyat: В.В.Фадеев «Диагностика и лечение в эндокринологии», 2010 г.
1160) Vipomolar (Verner-Morison sindromu) əsasən harada yerləşir?
A) Mədədə

B) Mədəaltı vəz

C) 12 barmaq bağırsaq

D) Qaraciyər

E) Piy toxumasında
Ədəbiyyat: Ədəbiyyat: А. С. Аметов “Сахарный диабет 2 типа. Проблемы и решения”, 2011 г.
1161) Vipomanın başqa adı nədir?
A) Zollinger-Ellison sindromu

B) Verner-Morison sindromu

C) Yumurtalığın polikistozu sindromu

D) Sotos sindromu



E) Viver-Smitt sindromu
Ədəbiyyat: Ədəbiyyat: А. С. Аметов “Сахарный диабет 2 типа. Проблемы и решения”, 2011 г.
1   ...   10   11   12   13   14   15   16   17   18


База данных защищена авторским правом ©infoeto.ru 2022
обратиться к администрации
Как написать курсовую работу | Как написать хороший реферат
    Главная страница